Donetskdə özünü “respublika” elan edən qüvvələr mayın 18-də Rusiya ilə sərhədi açmaq niyyətindədir.
Lent.az-ın “qazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda rusiyayönlü separatçıların “xalq qubernatoru” Pavel Qubarev bildirib.
Onun sözlərinə əsasən, mayın 18-də Donetskdə keçiriləcək mitinqdə bir sıra vacib qərarlar qəbul ediləcək.
“Rusiya ilə sərhədin açılmasına, bir neçə hər hissənin Donetskə keçərək, “Donetsk Xalq Respublikası”na sədaqət andı içməsinə nail olmaq.
Biz “respublikanın” ərazisindəki ukraynalı sərhədçilərə, gömrük-buraxılış məntəqəsinin işçilərinə, hərbi hissələrin heyətinə müraciət edirik, ya onlar bizim hakimiyyətimizə tabe olmalı, ya da başqa ərazilərə köçməlidir. Bu tələb Rusiya –Donetsk sərhədindəki bütün məmurlara aiddir”-deyə, rusiyayönlü separatçı vurğulayıb.