Donetskdə vurulmuş təyyarəyə görə xarici ekspert qrupu yaradılıb
21 iyul 2014 14:10 (UTC +04:00)

Donetskdə vurulmuş təyyarəyə görə xarici ekspert qrupu yaradılıb

0

Donetsk vilayətində vurulan Malayziya Hava yollarına məxsus “Boeing” təyyarəsinin qalıqlarını araşdırmaq üçün Ukraynaya 31 xarici ekspert gəlib. Lent.az-ın Ria Novosti-yə istinadən məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseni Yaçenyuk keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, ekspertlərdən 23-ü Hollandiya, 2-si Almaniya, 2-si ABŞ, 1-i isə Böyük Britaniyadandırlar. Həmçinin Avstraliya səfirliyinin də 3 təmsilçisi heyətdə yer alacaq.

 

Qeyd edək ki, iyulun 17-də Donetsk vilayətində vurulan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub. Ölənlərdən 251-nin meyiti tapılıb. Raketlə vurulmuş hava gəmisindən sağ çıxan olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar