Ukraynanın Donetsk vilayətinin Severodonetsk şəhəri ətrafında terrorçuların düşərgəsi bombalanıb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında deyib. O bildirib ki, bu gün səhər antiterror əməliyyatı çərçivəsində terrorçuların Severodonetsk şəhəri ətrafındakı gizli düşərgəsinə zərbələr endirilib: “Çoxlu sayda terrorçu məhv edilib”.
A. Turçinov hazırda Donetsk vilayətinin şimalının terrorçulardan azad edilməsi üçün əməliyyatlar həyata keçirildiyini söyləyib.