Donetskdəki qarşıdurma: 2 nəfər ölüb, 50 nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB
14 mart 2014 02:31 (UTC +04:00)

Donetskdəki qarşıdurma: 2 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB

0

Ukraynanın Donetsk şəhərində «avromaydan» tərəfdarları ilə rusiyayönlülər arasında baş vermiş kütləvi dava zamanı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, daha iki nəfər ağır yaralıdır.

 

 

“İki nəfərin ölümü təsdiqlənib. Daha bir nəfərin ölü və diri olması məlum deyil. Bir nəfərin isə vəziyyəti ağırdır, onun üzərində əməliyyat aparılır. Daha 2 nəfərin vəziyyəti kritikdir. Xəsarət alanların sayı 50-dən çoxdur”, deyə açıqlamada bildirilir.   

 

Qeyd edək ki, «avromaydan» tərəfdarları ilə rusiyapərəst fəallar arasında baş vermiş toqquşmalarda ölənlərdən birinin “Azadlıq” hərəkatının Donetsk təşkilatının fəalı Dmitri Çernyavski olduğu müəyyənləşdirilib. 

***

01.01

Ukraynanın Donetsk şəhərində “avromaydan” tərəfdarları ilə rusiyayönlülər arasında kütləvi dava düşüb.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, qarşıdurmada 400-dək insan iştirak edib.  

 

Mənbə bildirib ki, dava-dalaşı rusiyayönlülər salıb.

 

Şəhərin Lenin adına meydanında baş verən bu qarşıdurma nəticəsində bir nəfər ölüb, yaralanan ona yaxın münaqişə iştirakçısı xəstəxanaya aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1158

Oxşar yazılar