Donetskdə rusiyayönlülər Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yerli idarəsinə hücum edərək binanı ələ keçiriblər.
Lent.az-ın “UNİAN”a istinadən məlumatına görə, hərbi geyimli şəxslər hücum zamanı “Rusiya”, “Odessa rus şəhəridir”, “Odessada baş verənləri bağışlamayacağıq!” kimi şüarlar səsləndiriblər.
Məlumata əsasən, hücum edənlər mühafizə olunmayan UTX binasını 2 dəqiqə ərzində ələ keçiriblər. Etirazçılar yaxınlıqda yerləşən UTX İstintaq İdarəsinin binasını da nəzarətə götürüblər. Aksiyada minədək insanın iştirak etdiyi bildirilib.