Aprelin 19-da Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusunun hərbçisi həlak olub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, xəbəri Ukraynanın Müdafiə Nazirliyi yayıb.
“Hərbçi bədbəxt hadisə nəticəsində həlak olub. Araşdırma aparılır”-deyə, mənbə bildirib.
Bir müddət öncə “Kanal 5» telekanalı bildirmişdi ki, ötən gecə Donetskdə xüsusi təyinatlı səhvən öz həmkarını güllələyib. Gecə növbəsində olan hərbçi eşitdiyi səs-küy istiqamətində atəş açıb. Bu isə həmkarının ölümü ilə nəticələnib.
Hər iki hərbçinin müqavilə əsasında xidmət etdiyi bildirilib