Ukraynanın Donetsk vilayətində naməlum şəxslər dəmiryol xəttini partladıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, hadisə vilayətin Krasnoqorovka və Kuraxovo şəhərləri arasında Marin rayonunda baş verib.
Mənbə bildirib ki, iki şəhər arasında dəmiryol əlaqəsi kəsilib. Donetskə istiqamətində hərəkət edən qatarlar yardımçı xətlə hərəkət edir.