Donetsk vilayəti dövlət administrasiyasının binası 500 yaraqlı tərəfindən tutulub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda “İnformasiya müqavimət” qrupunun əlaqələndiricisi Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.
Mənbə bildirib ki, binanın həyətində 16-18 yaşında olan 100-120 nəfər yeniyetmə və gəncə təlim keçilir.
Jurnalistin məlumatına əsasən, yaraqlılar arasında Rusiya hərbçiləri də var.