Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıları birləşmə ilə bağlı danışıqlara başlayıblar.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə qondarma Donetsk xalq respublikasının hökumətindən bildiriblər.
“Dünən respublikaların birləşməsi təşəbbüsü ilə bağlı bəyanat verilib. Öncə danışıqlar keçirilməlidir, sonra isə rəhbərlik qərar verəcək. Hazırda belə bir danışıqlar aparılır”, - deyə separatçıların nümayəndəsi bildirib.