Donetsk separatçılarının liderlərindən biri ağır yaralanıb
13 oktyabr 2014 12:16 (UTC +04:00)

Donetsk separatçılarının liderlərindən biri ağır yaralanıb

0

 

Ukraynada qondarma “Donetsk Xalq Respublikası”nın liderlərindən biri olan Pavel Qubarevin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.


 

APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, P. Qubarev oktyabrın 13-də gecə Rusiyanın Rostov vilayətindən qayıdarkən Ukraynanın Donetsk vilayətinin ərazisində atəşə tutulub və nəticədə sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. P. Qubarevin hazırda ağır vəziyyətdəki Rostovdakı xəstəxanaların birində olduğu bildirilir.

 

Xatırladaq ki, P. Qubarev bu ilin martında özünü “Donbassın xalq qubernatoru” elan edib. O, Ukrayna hüquq-mühafizə orqanları tərəfin dən saxlanılaraq bir müddət Kiyevdə həbsxanada qalıb. Lakin daha sonra separatçıların əsir götürdüyü Ukrayna zabitləri ilə dəyişdirilib. 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 683

Oxşar yazılar