Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma “Donetsk Xalq Respublikası” separatçıları tərəfində döyüşməyə gedən Polşa vətəndaşlarını saxlayıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gazeta Wyborcza nəşri məlumat yayıb.
İnsident Polşa-Ukrayna sərhədində baş verib. Saxlanılan şəxslərin özlərini “polşalı avrasiyalı” adlandıran Polşada fəaliyyət göstərən “Falanga” millətçi təşkilatının üzvləri olduğu bildirilir.