Donetsk aeroportunda şiddətli döyüşlər davam edir
22 yanvar 2015 12:06 (UTC +04:00)

Donetsk aeroportunda şiddətli döyüşlər davam edir

0

Ukrayna Müdafiə Nazirliyi ordunun Donetsk havalimanını tərk etməsi barədə məlumatları təkzib edib. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, nazirlik aeroport ətrafında şiddətli döyüşlərin davam etdiyini açıqlayıb: “Bəzi binalar və hava limanı ərazisinin bir hissəsi Ukrayna hərbçilərinin nəzarətində qalır”.

 

Açıqlamada bildirilir ki, yanvarın 21-də 20 Ukrayna əsgəri terminalı tərk edib, çünki onlar mövqelərinin dağıdılması nəticəsində açıq atəş altında qalıblar. Nazirlik aeroport ərazisində son sutka ərzində 6 hərbçinin həlak olduğunu bildirib. Bundan başqa, 16 yaralı əsgər separatçılara əsir düşüb.

 

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd Ukrayna ordusunun tam nəzarətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar