Mayın 2-dən etibarən Donetsk-Moskva aviareysi dayandırılıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, nəzarət edən qurumdan uyğun informasiya alındıqdan sonra aviareys bərpa olunacaq.
Mənbə xatırladıb ki, Sergey Prokofyev adına “Donetsk” Hava limanı Ukraynanı ən iri avia nəqliyyat müəssisələrindəndir. Bu hava limanı Dontsk bölgəsi ilə Ukraynanın başqa ərazilərinə, Rusiya, Qərbi və Şərqi Avropaya nəqliyyat xidməti göstərir.