Donbasda ukraynalı jurnalist həlak olub
01 mart 2015 02:04 (UTC +04:00)

Donbasda ukraynalı jurnalist həlak olub

0

Ukraynanın “Seqodnya” qəzetinin fotomüxbiri Sergey Nikolayev Donbasda əməliyyat zonasında həlak olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Seqodnya” qəzetinin internet səhifəsində dərc olunmuş məlumatda bildirilir.

 

“Donetsk vilayətində  “Seqodnya” qəzetinin fotomüxbiri Sergey Nikolayev həlak olub. O  Donetsk vilayətinin Peski yaşayış məntəqəsinin yaxınlığında atəşə məruz qalıb.  “Seqodnya” qəzetinin və Segodnya.ua  saytının redaksiyası Sergey Nikolayevin ölümü ilə əlaqədar dərin kədər hissi keçirir,  onun qoyumları və yaxınlarına başsağlığı verir”, deyə məlumatda bildirilir.

 

Bundan əvvəl ölkənin şərqində atəşkəs rejiminin pozulması nəticəsində bir hərbçinin həlak olduğu bildirilirdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar