Donbasda atəşkəsin elan olunduğu gündən - sentyabrın 5-dən bu günədək 65 ukraynalı hərbçi həlak olub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumatında deyilir.
MTMŞ-in məlumatında qeyd olunub ki, son həftə ərzində separatçıların hücumlarına daha çox Donetsk aeroportu, Debaltsevo, Sşastye şəhərləri və Mariupolun ətrafı məruz qalıb.