Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 6 108 nəfərə çatıb.
APA-nın məlumatına görə, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.
“2014-cü il aprelin ortalarından 2015-cu il aprelin 9-dək Ukraynanın şərqində azı 6 108 nəfər həlak olub, 15450 nəfər yaralanıb”, hesabatda deyilir.
Əvvəlki hesabatda 6 090 nəfərin öldüyü, 15429 nəfərin isə yaralandığı bildirilirdi.