Donbasda döyüşən könüllü dəstələr Ukrayna ordusunun tərkibinə daxil edilib
12 aprel 2015 07:34 (UTC +04:00)

Donbasda döyüşən könüllü dəstələr Ukrayna ordusunun tərkibinə daxil edilib

0

Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin cənub şərqində aparılan xüsusi əməliyyatda iştirak edən birləşmələrin hamısı Ukrayna ordusunun tərkibinə daxil edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında bildirilir.  

 

“Ukrayna prezidentinin göstərişinə əsasən, antiterror əməliyyat zonasında bütün hərbi birləşmələr  Ukrayna Silahlı Qüvvələrin və Milli Qvardiyanın tərkibinə daxil edilib”, deyə məlumatda bildirilir.

 

Stepan Poltorak döyüş bölgəsində və təmas xəttində hazırda könüllü və digər silahlı birləşmələrin olmadığını qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar