Donbasda bu vaxtadək 2800 əsir azad edildi
14 avqust 2015 03:11 (UTC +04:00)

Donbasda bu vaxtadək 2800 əsir azad edildi

0

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donbasda əməliyyatlar başlayandan bu vaxtadək 2852 nəfər iəsirlikdən azad edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə UTX rəhbərinin müşaviri Yuri Tndit bildirib.

  

 

 

O bir gün əvvəl əsirlərin “altının altıya” sxemi üzrə mübadiləsinin baş verdiyini təsdiqləyib: “Biz döyüşlərdə iştirak etməyən, lakin Ukraynanın bütövlüyünə qarşı cinayətlərə yol verən altı nəfəri qarşı tərəfə verdik. Əvəzində 3 hərbçi və 3 mülki şəxs azad edilib”, deyə UTX nümayəndəsi bildirib.   

 

 Onun sözlərinə görə, hazırda əsirlikdə 172 şəxs qalmaqdadır.

 

Son iki ay ərzində əsirlikdən 30 ukraynalı azad edilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar