Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Barak Obama ilə telefon danışığı zamanı Donbasda münaqişənin yenidən gərginləşəcəyi halda addımların əlaqələndirilməsinə dair razılıq əldə edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ukrayna prezidentinin saytında dərc edilib.
“Tərəflər Donbasdakı vəziyyəti müzakirə edərək Debaltsevo ətrafında baş verən hadisələrlə bağlı narahatlıq ifadə ediblər”, deyə məlumatda bildirilir.
“Ukrayna prezidenti atəşin dayandırılmasının təsdiqlənməsi üçün ATƏT tərəfindən monitorinq keçirilməsinin zəruriliyini qeyd edib. Pyotr Poroşenko və Barak Obama münaqişənin yenidən gərginləşəcəyi halda səyləri əlaqələndirməyə razılaşıblar”, deyə məlumatda qeyd olunub.