Lent.az-ın "anspress.com"-a istinadən məlumatına görə, bu haqda Ermənistanın hökumət aparatının rəhbəri David Artunyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 8-9-da hər iki tərəfin iş qrafiklərini nəzərə alaraq dəqiqləşdirməyə aid olan ilkin tarixdir. "8 sentyabrda səfər olmayacaq, çünki qrafiklə əlaqədar problemlər var. Səfərin konkret müddətləri haqqında hələ razılığa nail olunacaq", - deyə David Artunyan qeyd edib.
İrəvanda Avrasiya İqtisadi Birliyinin iştirakçılarının prezidentlərinin görüşünün keçirilməsinin ehtimalına toxunan David Artunyan vurğulayıb ki, İrəvanda belə görüş yalnız Ermənistanın Avrasiya İqtisadi Birliyinə birləşmə haqqında müqaviləni imzalayacağı vaxt olacaq.
Erməni tərəfi bu müqaviləni nə vaxt imzalayacağı barədə cavab verməyə çətinlik çəkib.
Qeyd edək ki, avqustun 18-də Ermənistanın baş naziri Ovik Abramyan jurnalistlərlə söhbətində bildirib ki, sentyabrda Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana baş çəkəcək. "İlkin razılıq var ki, Rusiyanın baş naziri 8-9 sentyabrda Ermənistana baş çəkəcək", - deyə Ovik Abramyan bildirmişdi.