Diyarbəkirdə ara qarışdı: 4 ölü, 3 yaralı
09 iyun 2015 23:20 (UTC +04:00)

Diyarbəkirdə ara qarışdı: 4 ölü, 3 yaralı

Türkiyənin Diyarbəkir şəhərində baş vermiş qarşıdurmada 4 nəfər ölüb. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölənlər arasında “Yeni Ihya” dini yardım təşkilatının  (İlim Hizmet Yardımlaşma ve Araştırma Derneği) Diyarbəkir şöbəsinin rəhbəri Aytac Baranın da olduğu bildirilir. Məlumata görə, o təşkilatın ofisi qarşısında silahlı hücuma məruz qalıb. Aldığı dörd güllə yarasından xəstəxanada keçinib. Məlumatlara görə, qeyd olunan təşkilat və PKK tərəfdarları arasında son zamanlar qarşıdurmalar müşahidə olunub.   

 

Digər  üç nəfərin hücumdan sonra baş vermiş iğtişaşlar zamanı öldürüldüyü qeyd olunur.  “Yeni Ihya” təşkilatının saytında dərc olunmuş məlumata görə, təşkilat hadisəyə görə məsuliyyəti PKK üzərinə qoyub. Aytac Baranın vəkili Orxan Abdulqani qətldə PKK tərəfdarlarını ittiham edib.

 

Qeyd edək ki PKK ilə əlaqəli YDG-H qruplaşması Twitter səhifəsində  ittihamları təkzib edərək baş vermiş hadisəni təxribat adlandırıb.

 

Toqquşmalarda bir polis və iki jurnalistin yaralandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar

Ziyafət mərasimində atışma-Ölənlər var

Ziyafət mərasimində atışma-Ölənlər var

21 iyul 2024 , 18:10
İsraildən Yəmənə HAVA ZƏRBƏSİ:  ölənlər var-YENİLƏNİB

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var-YENİLƏNİB

21 iyul 2024 , 16:20
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

21 iyul 2024 , 15:19
Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

21 iyul 2024 , 14:03
Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

21 iyul 2024 , 12:08
Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

21 iyul 2024 , 09:35
Qvatemalada güclü zəlzələ  baş verdi

Qvatemalada güclü zəlzələ baş verdi

21 iyul 2024 , 08:21
Avtobusla yük maşını TOQQUŞDU:  16 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU: 16 nəfər öldü

21 iyul 2024 , 03:43