Diri-diri basdırılan körpə 8 gün sonra məzardan sağ çıxdı
15 may 2015 02:53 (UTC +04:00)

Diri-diri basdırılan körpə 8 gün sonra məzardan sağ çıxdı

Çinin cənubundakı Quansi bölgəsində diri-diri basdırılan körpə 8 gün sonra məzardan sağ çıxıb. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uşağı təsadüfən qəbiristanlığın yanından keçən qadın tapıb. Torpağın altından uşağın zarıltısını eşidən qadın hadisə yerinə polis çağırıb.  

 

Polis karton qutuda torpağa basdırılan oğlan uşağını məzardan çıxararaq xilas edib.  

 

Məlumata görə, “dovşan dodaq”la (yarıq dodaq) doğulmuş körpədən imtina etmək qərarına gələn valideynlər əvvəlcə onu qəbiristanlığa atıblar. İki gün sonra isə onun öldüyünü güman edən qohumları körpəni torpağa tapşırıblar.

 

Uşağın möcüzəvi xilas olmasına səbəb isə karton qutudakı dəliklər olub. Belə ki, uşaq həmin dəliklərdən süzülən yağış suyu və havanın hesabına sağ qala bilib.  

 

Həkimlər uşağın səhhətinin stabil olduğunu müəyyən ediblər.  

 

Hadisə ilə bağlı polis uşağın 3 qohumu da daxil olmaqla 5 nəfəri həbs edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar