Dağıstanın daxili işlər nazirliyi Respublikanın başçısı Ramazan Abdulatipovun kortejinin qəzaya uğramadığını bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Mahaçqala-Kaspiysk yolunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi kortej keçdikdən sonra qeydə alınıb.
Noyabrın 10-da Dağıstan hökumətinin mətbuat xidməti Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdi.
Dağıstan DİN növbətçi hissəsinin yaydığı məlumatda isə yol qəzasının R.Abdulatipovun korteji ilə əlaqəli olmadığını qeyd edir: “Opel Astra” avtomobilinin sürücüsü sərxoş vəziyyətdə idarəetməni itirərək qarşı zolağa çıxıb və “Land Cruiser” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Land Cruiser”, öz növbəsində, yolun kənarında dayanan VAZ-a çırpılıb. Nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.