<b>Lavrov:</b> "Suriyada əməliyyatlar dayandırılmayacaq"
03 fevral 2016 15:14 (UTC +04:00)

Lavrov: "Suriyada əməliyyatlar dayandırılmayacaq"

0

“Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları bu ölkədə terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək dayandırılmayacaq”.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, belə bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, terrorçu təşkilatlar İŞİD, “Ən Nüsra” və digərləri üzərində real qələbə qazananadək aviazərbələr dayandırılmayacaq: “Hazırda aviazərbələrin dayandırılması üçün əsas görmürəm”.
 
Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada havadan hərbi əməliyyatlara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar