Devid Kemeron pis vəziyyətə düşdü
23 aprel 2015 05:49 (UTC +04:00)

Devid Kemeron pis vəziyyətə düşdü

Böyük Britaniyanın baş naziri Devid Kemeron seçkiqabağı debatlarda ölkədə yaşayış minimumunun məbləği barədə sualı cavablandıra bilməyib.

 

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, gənc seçicilərdən biri baş nazirin minimum aylıq əməkhaqqı ilə yaşaya bilib-bilməyəcəyi barədə sual verib.

 

“Yaşayış minimumunun məbləği ölkənin müxtəlif bölgələrində fərqlidir. Mən bu rəqəmləri beynimdə saxlamıram”, deyən Kemeron cavabdan yayınıb.

 

Qeyd edək ki, Böyük Britaniyada yaşayış minimumu saatda 6,50 funt təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar