Türkiyənin ən böyük xəbər agentliyi olan Anadolu İnformasiya Agentliyinin kürdlərin formalaşdırdığı Xalqların Demokratiyası Partiyasından olan (HDP) 2 deputatın xanımını işə götürdüyü üzə çıxıb. Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, son parlament seçkilərində millət vəkili statusu almış İdris Baluken və Adil Zozaninin xanımlarının keçən il ərzində hökumətə bağlı olan informasiya agentliyində işə düzəlməsi məlum olub. Hər iki qadının həmin vaxt mədəniyyət naziri olan Mahir Ünal vasitəsi ilə agentliyə göndərildiyi bildirilir.
Sözcü qəzeti iddia edib ki, kürd deputatların xanımları hakimiyyətdə olan qüvvələrin istəyi ilə “kürd açılımı” siyasi prosesi çərçivəsində işlə təmin edilib. Onlara 3000-3500 türk lirəsi maaş kəsilib.