Deputatların üzərinə qumbara atdılar
25 dekabr 2014 10:32 (UTC +04:00)

Deputatların üzərinə qumbara atdılar

0

Dekabrın 24-də gecə Kiyevdə naməlum şəxs bir qrup millət vəkilinə tərəf qumbara atıb.

 

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın mərkəzindəki “Kiev” otelinin qarşısında, yerli vaxtla saat 23.20-də baş verib.

 

Deputatların arasında Ali Rada sədrinin 1-ci müavini Andrey Parubiy də olub. Onlarsan heç biri zərər çəkməyib. Partlayışdan sonra naməlum şəxs qaçıb. Milislər onu təqib edərkən o, milislərə doğru daha bir qumbara atıb, nəticədə 1 milis əməkdaşı yaralanıb.

 

 

Fakt üzrə cinayət iş açılıb, naməlum şəxsin tapılması və qumbaranın növünün müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar