Yunanıstanın Farmakonisi adası yaxınlığında göyərtəsində miqrantlar olan qayıq qəzaya uğrayıb, nəticədə 5-i uşaq olmaqla 10 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və dörd kişi var. Qayıqda olanlardan daha 13 nəfər xilas olunub. İki nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə işlərinə 1 helikopter, bir kater və bir neçə özəl gəmi iştirak edir.
Farmakonisi adası Türkiyənin yaxınlığında Egey dənizində yerləşir.