Çimərlikdə Dəniz Baykalı və xanımını soydular
07 avqust 2015 10:56 (UTC +04:00)

Çimərlikdə Dəniz Baykalı və xanımını soydular

0

CHP-nin keçmiş sədri, Antalyadan millət vəkili seçilmiş Deniz Baykal və həyat yoldaşı Olcay Baykal soyğunçuluqla üzləşib. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, D.Baykal xanımı ilə dənizdə üzərkən naməlum şəxs və ya şəxslər onların əşyalarını oğurlayıb.

 

Bildirilir ki, D.Baykal hər zaman olduğu kimi evinin yaxınlığındakı Konyaaltı çimərliyinə gedib. Xanımı ilə avtomobildən düşən keçmiş partiya sədri 2 saata yaxın dənizdə olub. Daha sonra dənizdən çıxan cütlük əvvəlcə oğurluğu hiss etməyib. O.Baykal pulqabını axtararkən məsələdən xəbər tutub və cinayətlə üzləşdiklərini yəqin edib. Cütlük çimərlikdən birbaşa Bahçelievler polis mərkəzinə gedib və şikayət ərizəsi yazıb.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən şəxs D.Baykalın dayanacaqda saxladığı avtomobilin sağ ön qapısının xüsusi vasitə ilə açaraq əşyaları və pulları oğurlayıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar