Dələduz özünü altı ay səfir kimi tanıtdı
11 sentyabr 2014 02:51 (UTC +04:00)

Dələduz özünü altı ay səfir kimi tanıtdı

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə məlumatı “El Nuevo Herald” portalı yayıb.

 

Kolumbiya hökumətinin məlumatına görə, Xeyson Xair Puelyo Livan səfirinin sənədlərini və XİN-dəki akkreditasiya sənədini gəzdirib. O, uzun müddət rəsmi tədbirlərdə Livanın diplomatik missiyasının rəhbəri kimi iştirak edib, hətta, müsahibələr verib.

 

Yalançı diplomat hərbçilərdən birinin onun ispan dilində gözəl danışmasından şübhələnməsindən sonra ifşa edilib. “Səfir”in ləhcəsiz danışması yüksək rütbəli hərbçinin təəccübünə səbəb olub. O, Livan səfirliyi ilə əlaqə saxlayıb və oradan bildirilib ki, bu ad-soyadlı adam diplomatik nümayəndəlikdə heç vaxt çalışmayıb. Livanlı diplomatlar dələduzun tapılaraq həbs olunmasını Kolumbiya hakimiyyətindən xahiş ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Oxşar yazılar