Özbəkistanın Namanqan vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 11 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Yeni əsr” nəşri məlumat yayıb.
Məlumata görə, enişli yolla hərəkət edən yük maşını “Nexia” və “Lacetti” markalı minik avtomobillərinə çırpılıb.
Qəza nəticəsində minik avtomobillərində olan 10 nəfər (hər avtomobildə 5 nəfər) və yük maşınının sürücüsü hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.