Ukrayna hərbçilərinin hamısı Debaltsevonu tərk edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ykrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
Məlumata görə, müvafiq məlumatı prezident Pyotr Poroşenkoya telefon bağlantısı vasitəsilə “C” sektorunun qərargah rəisi məruzə edib.
“Mən bizim qoşunların mütəşəkkil qaydada Debaltsevodan çıxmasına nəzarət edərək şəhəri sonuncu tərk etdim”, deyə “Taran” çağırış adı olan polkovnik bildirib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi 90 əsgərin separatçılar tərəfindən əsir götürüldüyünü billdirib.