Daxili İşlər naziri: “Əməliyyatlar davam edəcək”
03 may 2014 10:32 (UTC +04:00)

Daxili İşlər naziri: “Əməliyyatlar davam edəcək”

Rəsmi Kiyev Ukraynanın Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatın aktiv fazasını dayandırmaq fikrində deyil.


 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.

 

“Xüsusi əməliyyatın aktiv fazası sübh tezdən bərpa olunub. Dayanmırıq” - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Kramatorskda televiziya qülləsi separatçılardan geri alınıb. Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri həyata keçirib.

 

Qeyd edək ki, əməliyyat zamanı 9 nəfər güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar