Türkiyənin baş naziri PKK terrorçuları ilə son atışmada yaralanan əsgərlərə baş çəkib.
Bu gün həyat yoldaşı Sara Davudoğlu ilə Gülhanə Hərbi Tibb Akademiyasına gələn Əhməd Davudoğlu yaralı əsgərləri ziyarət edib.
Lent.az hurriyet.com-a istinadən xəbər verir ki, baş nazirin Gülhanə Akademiyasında 4 yaralı əsgəri ziyarəti 45 dəqiqə çəkib.
Bu gün Jandarm Qüvvələri Komandanı, ordu generalı Abdullah Atay da yaralı əsgərlərə baş çəkib.
Xəbər verilir ki, hazırda yaralı əsgərlərin durumu yaxşıdır və onlar palataya köçürülüb.