Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bolqarıstanda rəsmi səfəri zamanı Ukraynada baş verənlər münasibət bildirib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, martın 1-də Ukraynanya səfər edəcəyini və orada bütün tərəflərlə görüşlər keçirəcəyini söyləyib.
Ukraynanın yeni xarici işlər naziri telefonla danışdığını deyən, türkiyəli diplomat Krımda baş verənləri də yaxından izlədiklərini vurğulayıb.
Əhməd Davudoğlu Krımda yaranmış böhrana bölgənin muxtariyyəti saxlanılmaqla Ukraynanı ərazi bütövlüyü çərçivəsində çözüm tapılmasını bildirib.
O, Türkiyənin Krımdakı türklər, o cümlədən tatarlarla yaxından təmas saxlanıldığını söyləyib.