Davudoğlu: Türkiyə kürd probleminin həllində  yeni mərhələyə  qədəm qoyub
01 mart 2015 04:21 (UTC +04:00)

Davudoğlu: Türkiyə kürd probleminin həllində yeni mərhələyə qədəm qoyub

Türkiyə kürd probleminin dinc yolla həlli məsələsində  yeni mərhələyə  qədəm qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi  xəbərə görə,  bu barədə ötən gün ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq nizamlanmaya dair konqres keçirmək çağırışını şərh edərkən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. 

 

“Silah və güc dilində danışmağın artıq sonu çatıb, demokratik siyasətə yol açıqdır, dinc yolla nizamlanma prosesi yeni mərhələyə  qədəm qoyub”, deyə  Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının gənclər təşkilatının konqresində çıxışı zamanı  qeyd edib. O əlavə edib ki, Türkiyə vətəndaşları arasında nifaq toxumu səpmək məqsədi ilə əhalinin türklərə, kürdlərə, ələvilərə və sünnilərə ayırmaq cəhdlərinə yol verilməyəcək.

 

Qeyd edək ki, 40 mindən çox insanın həyatına son qoymuş 35 illik münaqişənin nizamlanması məqsədi ilə Türkiyə hakimiyyəti  2012-ci ilin oktyabrında ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalan ilə danışıqlara başlayıb. Tərəflər üzərilərinə öhdəliklər götürərək münaqişənin həlli ilə bağlı “yol xəritəsi” hazırlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar