Davudoğlu: Hava məkanımızı pozan təyyarələr vurulacaq
17 oktyabr 2015 21:59 (UTC +04:00)

Davudoğlu: Hava məkanımızı pozan təyyarələr vurulacaq

0

Türkiyə Hava Qüvvələri ölkənin hava məkanını pozan təyyarələri tərəddüd etmədən  vuracaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu  Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

 

“Biz dünən pilotsuz uçan aparat vurduq. Təyyarə olsaydı da, eyni addımı atardıq”, deyə  baş nazir qeyd edib.

 

“Bizim siyasətimiz məlumdur. Ölkəmizin hava məkanları pozulacağı təqdirdə,  bizdən mütləq cavab addımı atılacaq”, deyə Əhməd Davudoğlu vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Hava Qüvvələri ötən gün ölkənin hava məkanını pozan naməlum  pilotsuz uçan aparat vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar