Nyu-Yorkda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu «Kol İsrael»-ə müsahibə verib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, diplomat jurnalistlə söhbətində Türkiyə-İsrail münasibətlərinin yaxın zamanda qaydasına düşəcəyini söyləyib: “Bu yaxın zamanda gün, həftə və ya aylarda baş verəcək”.
Nazir iki ölkə arasında yaxınlaşmanın Fələstin məsələsi ilə bağlı irəliləyişin əldə olunmasına yardım edəcəyini də bildirib.