ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin təbii fəlakətin qurbanı olduğu bildirilirdi.
Son məlumatlara əsasən, 15 nəfər itkin düşmüş hesab edilir. 24 nəfər Texasda, 4 nəfər isə Oklahoma ştatında ölüb.
Sinoptiklərin proqnozlarına görə, yağıntılar bir neçə həftə davam edə bilər. Qeyri-sabit hava şəraiti daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına çətinlik törədir.