Argentinanın paytaxtı Buenos-Ayres və şəhər ətrafında baş verən daşqınlar nəticəsində 5 200 nəfər zərər çəkib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Argentinanın baş naziri Xorxe Kapitaniç bildirib.
Paytaxtda La-Plata çayı yaxınlığındakı ərazilər su altında qalıb, elektrik enerjisi kəsilib. Təbii fəlakət 19 şəhərətrafı qəsəbədə fəsadlar törədib. İki nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.