Özbəkistanın paytaxtı Daşkəndin mərkəzi rayonlarından birində, Labzaka gedən yollar hüquq-mühafizə orqanları tərəfindən bağlanıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.
“Novıy vek” qəzetinin məlumatına əsasən, şahidlər hündür mərtəbəli binalardan birində partlayış baş verdiyini deyib. Mənbə partlayışın məişət qazından yarandığını ehtimal edir.
Olay yerinə ölkənin baş naziri Şövkət Mirziyev də gedib.
Xəsarət alanlar və dağıntı haqqında məlumat yayılmayıb.