Danışıqlarda Fransadan İrana qarşı sərt mövqe
23 noyabr 2014 00:09 (UTC +04:00)

Danışıqlarda Fransadan İrana qarşı sərt mövqe

0

İranın nüvə proqramı ilə bağlı danışıqlarda tərəflər arasında ən sərt mövqe Fransa nümayiş etdirir. APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS” danışıqlardakı mənbəyə istinadən məlumat yayıb.  

 

“Danışıqlar raundu çərçivəsində görüşlər davam edir, məsləhətləşmələr artıq çox aktiv mərhələyə keçib. Hazırda ən sərt mövqeni  Fransa nümayəndə heyəti nümayiş etdirir”, deyə mənbə qeyd edib.  

 

Bundan əvvəl danışıqlarda əhəmiyyətli irəliləyişin olmadığı, bazar ertəsinədək müəyyən olunmuş ən son müddət də razılaşmaya nail olunmayacağı bildirilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1009

Oxşar yazılar