Atom-nüvə problemi üzrə İranla «altılıq» arasında danışıqların növbəti mərhələsi aprelin 7-9-da Vyanada keçiriləcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin başçısı Abbas Ərakçi açıqlama verib.
Ərakçi bildirib ki, tərəflər gələcək danışıqların aparılması üçün kommünike hazırlanacağına ümid edir.
ABŞ-ın 83 senatoru isə prezidenti Barak Obamaya müraciət ünvanlayıb. Demokratlar və respublikaçıların imzaladığı bu sənəddə vurğulanıb ki, danışıqlar uğursuzluğa uğrayarsa, o zaman İrana qarşı sanksiyalar sərtləşdirilsin.