Dakarda Fransanın bayrağını yandırdılar
17 yanvar 2015 05:44 (UTC +04:00)

Dakarda Fransanın bayrağını yandırdılar

0

Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı aksiyada etirazçılar Fransanın bayrağını yandırıblar.

 

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, paytaxt Dakar şəhərinin mərkəzi məscidi yaxınlığında toplaşan etirazçılar Fransa səfirliyinə yürüş ediblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, yanvarın 16-da Əlcəzairdə “Charlie Hebdo” və Fransa əleyhinə mitinq keçirilib, Nigerdə isə etirazçılar Fransanın mədəniyyət mərkəzinin binasını yandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar