Misirin ən təhlükəli terror qrupu olan "Ənsar Beyt əl-Makdi" İŞİD lideri Bağdadiyə sədaqət andı içib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Twitter” vasitəsi ilə yayılan səs yazısında qeyd olunub ki, adıçəkilən qrup İŞİD liderinə və ümumilikdə xəlifəyə bağlı olacaq: “Bağdadini dinləyib, ona boyun əyəcəyik. Dünya müsəlmanlarını Xəlifə ətrafında birləşməyə və ona dəstək verməyə çağırırıq”.
Qeyd edək ki, bundan öncə Liviya və Əlcəzairdə bəzi təşkilatlar İŞİD-ə qatıldıqlarını bəyan etmişdi.
Adı ''Qüdsün Tərəfdarları'' mənasını verən "Ənsar Beyt əl-Makdi" təşkilatı xeyli Misirli əsgər və polisi öldürüb.