Avstriya prezidenti mayın 9-da Rusiyada keçirilən Qələbə Paradında iştirak etməyəcək.
ANS PRESS-in məlumatına görə, yayılan rəsmi məlumatda buna səbəb Avstriya prezidenti Haynts Fişerin başqa tədbirlərdə itşirak etməsi göstərilib. Belə ki, Fişerin mayın 8-də paytaxt Vyanada İkinci Dünya Müharibəsinin bitməsinə həsr olunan anım tədbirlərində iştirak edəcəyi bildirilib. Mayın 10-da isə dövlət başçısı Mauthauzen hərbi düşərgəsinin məhbuslarının xatirəsini yad edəcək.
Xatırladaq ki, mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərində iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib. Bütövlükdə isə 68 ölkə başçısına dəvətnamə göndərildiyi bildirilib.
Daha bir prezident Putinin dəvətini qəbul etmədi
109