Daha bir ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
31 mart 2015 07:47 (UTC +04:00)

Daha bir ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların  qüvvəyə mindiyini elan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sanksiyalar silah alveri, dağ-mədən sənayesi avadanlıqları, infrastruktur sektora sərmayə qoyuluşu sahələrini əhatə edir və Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti yürütməsinə cavab tədbiri adlandırılıb.   

 

Məlumata görə, tətbiq edilən sanksiyalar Avropa, Kanada və ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara uyğundur.

  

Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar 2014-cü ilin sentyabrında qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar