Daha bir ölkə İŞİD-ə qarşı vuruşmaq istəyir
06 fevral 2016 02:53 (UTC +04:00)

Daha bir ölkə İŞİD-ə qarşı vuruşmaq istəyir

0

Bəhreyn İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya quru qoşunları ilə dəstək verməyə hazır olduğunu bildirib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Bəhreynin Böyük Britaniyadakı səfiri şeyx Favaz əl-Xəlifə bəyan edib.

 

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri də Suriyada quru əməliyyata hazırdırlar.

 

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının müdafiə naziri Əhməd Asiri “Al-Arabiya” telekanalına verdiyi açıqlamada ölkəsinin Suriyada quru əməliyyatına qoşulmağa hazır olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar