Daha bir ölkə İrana qarşı sanksiyaları ləğv edir
19 yanvar 2016 05:06 (UTC +04:00)

Daha bir ölkə İrana qarşı sanksiyaları ləğv edir

Kanada hökuməti İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə hazırlaşır.

 

APA-nın məlumatına görə, bu barədə CBC kanalı xəbər verib.

 

Bildirilir ki, ən uzağı 2016-ci ilin yayınadək sanksiyalar aradan qaldırılacaq.  

 

Xatırladaq ki, iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş saziş oktyabrın 18-də qüvvəyə minib

 

ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar