Daha bir BMT əməkdaşı Ebola virusuna yoluxdu
25 dekabr 2014 02:26 (UTC +04:00)

Daha bir BMT əməkdaşı Ebola virusuna yoluxdu

0

Liberiyada BMT-nin əməkdaşı Ebola virusuna yoluxub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, beləliklə bu ölkədə xəstəliyə yoluxan BMT əməkdaşlarının sayı dördə çatıb.

 

“Xəstələnən şəxs Liberiya vətəndaşıdır”, deyə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

 

Bundan əvvəl Ebola virusundan ölənlərin sayının 7 573-ə çatdığı barədə məlumat yayılıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə (9 004), ən çox ölüm halları isə Liberiyada (3 384) qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar